AUT.AZ

“Real” uduzdu, “Barsa”nın komanda çatında bu sözlər yazıldı

“Barselona” futbolçuları İspaniya çempionatının 28-ci turunda “Vilyarreal”la oyunda “Real”ın məğlubiyyətinə (2:3) seviniblər.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Mənbənin sözlərinə görə, görüşün sonunda Kataloniya klubunun komanda çatında “Real”ın məğlubiyyəti ilə bağlı çoxlu sevindirici mesajlar yazılıb.

“Qəddardılar” – bu söz də komanda söhbətində təkrarlanıb. Bu sözlə “Vilyarreal”ı xarakterizə ediblər.

O da qeyd edilir ki, “Vilyarreal”ın bəzi futbolçuları “Barselona”nın oyunçularından təbrik alıb. Xüsusilə, yarımmüdafiəçi Dani Parexo və qapıçı Pepe Reynaya xeyli təbrik mesajı yazılıb.

“Real” hazırda 59 xalla La Liqada ikinci pillədədir. Komanda lider “Barselona”dan 12 xal geri qalır, Kataloniya klubunun ehtiyatda bir oyunu var.

Aut.az

 

Exit mobile version