AUT.AZ

Onun rekordunu qırdı – 105 oyuna ehtiyac qalmadı

PSJ-nin hücumçusu Lionel Messi klub səviyyəsində Avropada ən yaxşı bombardir olub.

Aut.az xəbər verir ki, Leo “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun rekordunu qırıb.

Argentinalı hücumçu Fransa çempionatının 30-cu turunun “Nitsa” ilə matçında (2:0) qol vurub. Beləliklə, Messi üçün bu qol klub səviyyəsində Avropada 702-ci oldu. Bu göstəriciyə görə o, portuqaliyalı hücumçu Kriştiano Ronaldonun (701) rekordunu təzələyib. Messi bu göstəriciyə nail olmaq üçün Ronaldodan 105 matç az lazım olub.

Messi 2021-ci ildən PSJ-nin şərəfini qoruyur. Hücumçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Argentinalı hücumçu bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az

 

Exit mobile version