AUT.AZ

Onu buna görə döyübmüş: Oğlum haqqında dediyini…

“Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin  “Vilyarreal”ın futbolçusu Aleks Baenanı vurmasının təfərrüatları bəlli olub.

Aut.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, oyun zamanı Baena, Valverde və həyat yoldaşının körpələrini itirə biləcəyi ilə bağlı yerinə düşməyən ifadə işlədib.

“Carrusel Deportivo”nun “Villarreal”dakı mənbələrinə istinadən verdiyi məlumata görə, Baena oyundan sonra telefonuna baxa-baxa avtobusa gedərkən,  Fede ona yaxınlaşaraq sifətin yumruq zərbəsi endirib.

“Cadena SER” isə iddia edir ki, Valverde Baenaya yaxınlaşaraq “oğlum haqqında meydanda dediklərini təkrarla” deyib. Baena meydanda dediyini təkrarlayınca, Valverde ona zərbə endirib.

Aut.az

 

Exit mobile version