AUT.AZ

İsrail Aleksi nokauta göndərdi

Mayamidə baş tutan UFC 287 turnirinin əsas döyüşündə Nigeriya əsilli Yeni Zelandiyalı döyüşçü İsrail Adesanya braziliyalı Aleks Pereyra üzərində qələbə qazanıb.

Aut.az xəbər verir ki, döyüş ikinci raundda nokautla başa çatıb.

Adesanya, keçən ilin noyabrında Pereyra ilə döyüşdə əldən verdiyi UFC-nin orta çəki çempionu titulunu geri qaytarıb.

Ötən ilin noyabrında Pereyraya uduzana qədər Adesanya 2019-cu ilin oktyabr ayından bəri ardıcıl 12 qələbə qazanmışdı. Bu, onun döyüşdüyü çəki dərəcəsində ikinci ən uzun qələbə seriyasıdır. Bu göstərici üzrə rekordçu braziliyalı Anderson Silvaya məxsusdur (13).

Adesanya və Pereyra əvvəllər kikboksinqdə iki döyüş keçiriblər, hər ikisində braziliyalı qalib gəlib.

33 yaşlı Adesanyanın hesabında qarışıq döyüş növləri üzrə 24 qələbə və iki məğlubiyyət var. 35 yaşlı Pereyranın aktivində yeddi qələbə və iki məğlubiyyət var. UFC-də o, 2021-ci ilin noyabrında promosyonda debüt edərək beş döyüş keçirib. MMA-ya keçməzdən əvvəl kikboksinqdə yarışıb, burada orta və yüngül ağır çəkidə çempionu olub.

Aut.az

 

Exit mobile version