AUT.AZ

Hakim məşhur futbolçunu belə vurdu – FOTO

Artıq öyrəşmişik, İngiltərə Premyer Liqasında hər turda hakimlərlə bağlı hansısa qalmaqal yaşanır.

Ancaq aprelin 9-da “Enfild”dəki hadisə, hətta Qari Nevilli də təəccübləndirib. Aut.az xəbər verir ki, “Sky Sports”un eksperti indiyə qədər belə bir şey görmədiyini bildirib.

“Liverpul” – “aAsenal” qarşılaşmasının fasiləsində laynsman Konstantin Hatsidakis “Liverpul”un müdafiəçisi Endi Robertsonu dirsəklə vurub. Bu, hakimin ilk hissənin başa çatmasını bildirən fitindən sonra olub, amma meydanda, hamının gözü qarşısında.

Robertson onun bu hərəkətindən şoka düşüb. O, baş hakim Pol Trniyə yaxınlaşaraq izahat tələb edib. Amma nəticədə hakim ona sarı vərəqə göstərib.

Elə matçın gedişində Hakimlər Komitəsi baş verənlərlə bağlı rəsmi açıqlama yayıb:

“Biz “Liverpul” və “Arsenal” arasında keçirilən oyunda baş verənlərdən xəbərdarıq. Matç bitən kimi məsələ araşdırılacaq”.

Aut.az

Exit mobile version