AUT.AZ

Onun kimi etsəydi, indi xəstəxanada idi

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne Premyer Liqanın 30-cu turunda Erlinq Haalandın “Sauthempton”a vurduğu qoldan danışıb.

Aut.az xəbər verir ki, norveçli  qayçı zərbəsi ilə fərqlənib və “Siti” 4:1 hesabı ilə qalib gəlib.

“Mən yaradıcı oyunçuyam və bunu mümkün qədər çox etməyə çalışıram. “Mançester Siti”də keçirdiyim səkkiz il ərzində çoxlu qollar vurduq, komanda yoldaşlarım sarıdan bəxtim gətirib.  Əladır, futbolu bitirəndə geriyə baxıb bu haqda danışacam.

Haalandın ikinci qolu – onun etdiyini mənim edəcəyimi heç vaxt görməyəcəksiniz. Bunu etsəydim, Sauthempton xəstəxanasına düşərdim!

Haaland burada xoşbəxtdir. Biz çoxlu imkanlar yaradırıq, qalanını isə o edir. Cek Qriliş də  inanılmazdır və fərq ondadır ki, onun indi daha çox qolu və daha çox qol ötürməsi var. O, müstəsnadır”, – De Bruyne BBC-yə deyib.

Aut.az

Exit mobile version