AUT.AZ

“Eden Azarla oxşarlığımız arxamızın böyük olmasıdır”

“Çelsi”nin futbolçusu Rəhim Sterlinq hazırda maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, klubun rəsmi yutub kanalına danışan ingiltərəli hücumçu hazırda “Real Madrid”də çıxış edən Eden Azarla hansı oxşar cəhətinin olduğunu söyləyib:

“Onunla oxşar cəhətlərim varmı? Yəqin ki, bu, hər ikimizin arxasının böyük olmasıdır. Haqlıyam?”

Qeyd edək ki, Rəhim Sterlinq ötən ildən “Çelsi”də çıxış edir. Eden Azar isə 2012-2019-cu illərdə London təmsilçisinin formasını geyinib.

Exit mobile version