AUT.AZ

Yeni komitə yaradıldı: Bütün ulduzlar oradadır

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) görkəmli məşqçiləri və məşhur futbolçuları birləşdirəcək yeni məsləhət orqanı – futbol komitəsi yaradıb.

Aut.az bu barədə “Times”-a istinadən xəbər verir. Şuranın sədri Xorvatiya yığmasının və “Milan”ın sabiq futbolçusu Zvonimir Boban olub.

Komitə oyun qaydaları, hakimlik və futbol təqvimi ilə bağlı məsələləri təqdim edəcək. İndiyədək Karlo Ançelotti, Paolo Maldini, Fabio Kapello, Xavyer Zanetti, Luiş Fiqo, Filipp Lam, Ronald Kuman, Mikael Laudrup, Rafa Benites, Roberto Martines, Predraq Miyatoviç, Yurgen Klinsman, Rudi Föller,  Peter Çex, Xuan Mata və Robbi Kin.

Patrik Vieyra və Didye Droqba da dəvət alıb. Bundan başqa, Britaniya nəşri ulduz komandanın sıralarına İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt, portuqaliyalı mütəxəssis Joze Mourinyo, Fransa yığmasının və “Real”ın əfsanəsi Zinəddin Zidan, eləcə də Rio Ferdinandın qoşula biləcəyini yazıb. Komitənin ilk iclası aprelin 24-nə təyin edilib.

Aut.az

Exit mobile version