AUT.AZ

Mahir onunla çalışacaq, “Dinamo”ya qayıdanda

Xorvatiyanın “Dinamo” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Aut.az xəbər verir ki, Zaqreb təmsilçisini İqor Bişçan çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

İqor Bişçan bu təyinata kimi Xorvatiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına rəhbərlik edib. “Dinamo” dünən baş məşqçi Ante Çaçiçi istefaya göndərib.

Qeyd edək ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli müqavilə ilə “Dinamo”ya məxsusdur. 26 yaşlı forvard hazırda icarə əsasında “Konyaspor”da çıxış edir.

Exit mobile version