AUT.AZ

Ançelotti Xavi ilə yerini dəyişsə…

Karlo Ançelotti deyir ki, özünü “Barselona”nın baş məşqçisi kimi təsəvvür edə bilmir.

Aut.az xəbər verir ki, “Real”ın baş məşqçisindən Xavi ilə yerini dəyişməyə hazır olub-olmadığını soruşublar.

“Barselona”nı çalışdıracağımı təsəvvür etmək mümkün deyil.

Xavi və “Barselona”ya çox hörmətim var, amma heç kimlə yerimi dəyişmək fikrində deyiləm. Çünki dünyanın ən yaxşı klubundayam, burada çox sevgi hiss edirəm və heç nəyi dəyişmək istəmirəm.

Biz özümüzdən razıyıq, baxmayaraq ki, turnir cədvəlində “Barselona”dan geri qalırıq. Onlar çox yaxşı oynayırlar.

Riyazi hesablama bizə qarşı olsa da, La Liqada mübarizəmizi davam etdirəcəyik”, – deyə “Real”ın baş məşqçisi bildirib.

Aut.az

Exit mobile version