AUT.AZ

Qurban Qurbanovun məğlub etdiyi məşqçi “Trabzonspor”a lazımdır?

“Trabzonspor” Stanislav Çerçesovla maraqlanır

Aut.az xəbər verir ki, bu barədə Rusiyanın “Sport-Ekspress” nəşri məlumat yayıb. Bildirilir ki, Türkiyə klubu gələn mövsüm baş məşqçi postu üçün Çerçesovu nəzərdən keçirir.

59 yaşlı mütəxəssis Türkiyədən gələn məlumatı şərh etməkdən imtina edib.

Çerçesov 2021-ci ilin dekabrından “Ferentsvaroş”a rəhbərlik edir. 25 turdan sonra komanda 51 xalla Macarıstan çempionatına başçılıq edir.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Çerçesovun rəhbərlik etdiyi “Ferentsvaroş”u mübarizədən kənarlaşdırmışdı.

Aut.az

 

Exit mobile version