AUT.AZ

“Qəbələ”də insident: Futbolçu azarkeşlərlə mübahisə etdi – VİDEO

Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçından sonra (2:1) insident yaşanıb.

Aut.az xəbər verir ki, qonaqların futbolçusu Qismət Alıyev yerli azarkeşlərlə mübahisə edib. Buna səbəb “Qəbələ”nin fanatalarının oyunun ikinci hissəsində onun ünvanın heç də xoş olmayan ifadələr səsləndirməsi olub.

Nəticədə futbolçu oyundan sonra əsas tribunaya yaxınlaşaraq etirazını bildirib. “Uzun illər burda oynamışam, hörmət etmirsiniz” deyə fanatlara narazılıq edib.

Tərəfləri polislər və “Qəbələ”nin futbolçuları sakitləşdirib.

Qeyd edək ki, Qismət Alıyev elə “Qəbələ”nin yetirməsidir. “Zirə”yə məhz “qırmızı-qaralar”dan transfer olunub.

Exit mobile version