AUT.AZ

Neapolda daha bir Xviça peyda oldu  

“Napoli”nin cinah oyunçusu Xviça Kvaratsxeliyanın şərəfinə Neapolda yeni doğulan uşağa onun adı verilib

Aut.az xəbər verir ki, Neapol sakinləri və “Napoli” azarkeşləri –  Armando və Klara uşağa Daniele Xviç adını veriblər. “Corriere dello Sport” xəbər verir ki, bu, şəhərdə gürcü futbolçunun adını daşıyan ilk uşaqdır.

Maraqlıdır ki, oğlanın atasının adı “Napoli”nin əfsanəsi Dieqo Armando Maradonanın şərəfinə verilib.

Kvaratsxeliya bu mövsüm A Seriyasında 24 matçda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version