AUT.AZ

Münaqişə bitib: Kefi kök imiş, gülürmüş

PSJ-nin baş məşqçisi Kristof Qalte bildirib ki, Kilian Mbappe ilə klub arasında insident bitib.

Xatırladaq ki, Paris klubu abonement sahibləri üçün çağırış  videosu yayımlamışdı. Komandanın bütün oyunçularından yalnız Kilian Mbappe videoda rol almışdı. Kilian bu videonu tənqid etmişdi.

“Kilian bu gün yaxşı əhval-ruhiyyədə idi, gülümsəyirdi. O, omba diskomfortu səbəbindən məşqi erkən bitirdi, lakin bu, onun “Nitsa” ilə matçda iştirakına təsir etməyəcək.

Bilirəm ki, Kilianla klub rəhbərliyi arasında çoxlu söhbətlər olub. Mənə elə gəlir ki, əgər bunu belə adlandırmaq olarsa, münaqişə başa çatıb”, – Kristof Qaltye bildirib.

Aut.az

Exit mobile version