AUT.AZ

Mourinyonun casus qorxusu: Elə tədbirlərə əl atdı ki…

“Roma”nın baş məşqçisi Joze Mourinyo komandanın taktiki məşqlərini dəyişib.

Aut.az xəbər verir ki, portuqal mütəxəssis “Roma”nın turnir cədvəlində ən yaxın rəqibi olan “Torino”nun məşqçilər korpusunun casuslar göndərə biləcəyindən narahat olaraq bu addımı atıb. Bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Joze  hesab edir ki, Mişel Orekkio (“Torino”nun qərargahında rəqiblər haqqında məlumatların toplanmasına cavabdehdir) aprelin 8-i – şənbə günü baş tutacaq oyundan əvvəl son məşq haqda məlumat əldə edə bilər.

Mourinyo taktiki sxemlərin rotasiyası ilə yanaşı, digər təhlükəsizlik tədbirləri də görüb. O, köməkçilərdən birini məşq zonasına baxmağa göndərib ki, baryerlər arasında gizlənərək, göz atmağın mümkün olub-olmadığını görsün. “Roma”nın təlim-məşq bazası meydanı hər tərəfdən örtən sponsor bannerləri ilə əhatə olunub, lakin bu, Joze üçün kifayət etməyib. “Roma” İtaliya çempionatının ilk dördlüyünə düşmək üçün “İnter”, “Milan” və “Atalanta” ilə gərgin mübarizə aparır. Sona 10 tur qalmış Mourinyonun yetirmələri beşinci yerdədirlər və dördüncü olan “İnter”lə eyni xala sahibdirlər, “Milan”dan isə bir xal geri qalırlar.

Aut.az

Exit mobile version