AUT.AZ

Məşhur futbolçunun ilham pərisi – FOTOLAR

“Real”ın futbolçusu Marko Asensionu hədəfi La Liqada qol vurma rekordunu təkrarlamaqdır. İspaniyalı vinger buna ötən mövsüm 10 dəfə fərqlənməkə nail olub. Cari sezonda aktivində 6 qol var. Nəticəsini yaxşılaşdırmaq üçün 5 top lazımdır. Turnirin sonuna isə hələ 11 tur var.

İndi gəlin görək ispaniyalı futbolçunu qol vurmağa kim ruhlandırır. Tanış olun – Sandra Qaral. O, uzun müddətdir Marko ilə sevgilidir.

Sandra 1994-cü ildə anadan olub: O, futbolçudan iki yaş böyükdür. Qaral Madriddə Memarlıq Universitetində oxuyub. Lakin öz ixtisası üzrə işləməkdə maraqlı olmayıb. Sandranın seçimi modellikdən yana olub.

Cütlük 2019-cu ildə tanış olublar. Elə həmin vaxtdan birlikdə yaşayırlar. Asensio dəfələrlə bildirib ki, onların münasibətləri qaydasındadır. Buna görə Sandraya borclu olduğunu bildirir.

28 yaşlı model “Santyaqo Bernabeu”nun daimi qonağıdır. Demək olar ki, heç bir matçı buraxmır. Hətta səfər oyunlarına belə gedir. O, ötən il Dünya Kubokunda iştirak edən Asensionu dəstəkləmək üçün Qətərə də yollanıb.

Aut.az

Exit mobile version