AUT.AZ

La Liqa güzəştə gedir: Messinin yolu açıldı

Futbol üzrə İspaniya çempionatının (La Liqa) rəhbərliyi maliyyə feyr-pleyində bəzi məqamları sadələşdirməyi düşünür.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Toni Xuanmarti “Tvitter” hesabında məlumat verib.

Mənbənin sözlərinə görə, buna liqadakı klubların maliyyə problemləri səbəb olub. Mövcud qaydalar heyətin formalaşdırılması məsələlərində klublara problemlər yaradır.

Klublar bir çox amillərə əsaslanaraq, hər bir komanda üçün fərdi qaydada müəyyən edilən maaş fonduna uyğunlaşmaq məcburiyyətində qalırlar.

Bildirilir ki, bu sadələşdirmə “Barselona”ya maliyyə feyr-pleyi ilə bağlı bütün problemlərdən qurtulmağa kömək etməyəcək, lakin aparıcı klubların işini asanlaşdıracaq. Belə olacağı təqdirdə, 2023-cü ilin yayında azad agent Lionel Messini heyətə cəlb etmək mümkün olacaq.

Aut.az

Exit mobile version