AUT.AZ

ÇL-də Türkiyə fırtınası

 

Voleybol üzrə Qadınlar arasında Çempionlar Liqasında ilk yarımfinal matçları keçirilib.

Aut.az xəbər verir ki, turnirin bu mərhələsində üç Türkiyə və bir İtaliya klubu qalıb.

Novarada “İqor Qorqonzola”  “Ekzaçıbaşı”nı qəbul edib. Görüş gərgin və maraqlı keçib. İlk iki seti meydan sahibləri qazansa da, daha sonra qonaqlar tarazlığı bərpa ediblər. Tay-brekdə italyanlar rəqiblərinin müqavimətini qıraraq qalib gəliblər – 3:2.

İstanbulunda isə iki yerli komanda qarşılaşıb. Ev sahibi “Vakıfbank” “Fənərbağça”ya 0:3 hesabı ilə uduzub.

Cavab görüşləri aprelin 12 və 13-də baş tutacaq.

Aut.az

 

Exit mobile version