AUT.AZ

Biri azyaşlıdır, 10 il cəza aldı, digəri isə ömürlük

Yuventus” İtaliya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “İnter”in hücumçusu Romelu Lukakunu irqçi təhqirə məruz qoyan iki azarkeşi müəyyən edib.

Aprelin 4-də baş tutan və 1:1 hesablı heç-heçə ilə başa çatan matçın ikinci hissəsində “Alyans Stedium” stadionunun tribunalarından belçikalı hücumçuya qarşı irqçi şüarlar eşidilib.

Klubun müəyyən etdiyi azarkeşlərdən birinin azyaşlı olduğu üzə çıxıb və o, 10 il müddətinə stadiondan kənarlaşdırılacaq. “Sky Sport”un məlumatına görə, digər azarkeşin stadiona girişi ömürlük məhdudlaşdırılacaq.

Aut.az

Exit mobile version