AUT.AZ

Bəhreynlilər İtaliya nəhənginə göz dikiblər

Bəhreynin “InvestCorp” fondu Milan “İnter”ini almaqda maraqlıdır.

Aut.az xəbər verir ki, Fond nümayəndələri hazırda fəal şəkildə, əsasən Bəhreyn daxilindən, klubu almaq üçün konsorsiuma daxil ola biləcək investorlar axtarırlar.

“InvestCorp” diqqətini İtaliya futboluna ilk dəfə yönəltmir. Keçən il “InvestCorp”  “Milan”ı almağa çalışırdı və eyni zamanda “İnter”i də almaq imkanını nəzərdən keçirirdi.

“InvestCorp” ümid edir ki, maliyyə problemləri “İnter”in sahibi Can ailəsini qiymətdə güzəştə getməyə məcbur edəcək. Həmçinin son günlər mətbuatda İtaliya konsorsiumunun da  “İnter”i və “Cüzeppe Meatsa” stadionunu almaq planları barədə məlumatlar yayılıb.

Aut.az

Exit mobile version