AUT.AZ

Zorlamada ittiham olunan futbolçu həbsdən qurtuldu

Anje”nin müdafiəçisi İles Şetti həbs olunmaqdan qurtulub.  

Aut.az xəbər verir ki, bu barədə “France Press” məlumat yayıb. Şetti cinsi təcavüzdə ittiham olunurdu.

Afrikalı futbolçu gecə klubunda bir qıza təcavüz etdiyini etiraf etmişdi.

Məhkəmənin hökmü ilə Şetti 4 ay şərti cəza alıb. Qeyd edək ki, “Anje”nin baş məşqçisi Abdel Buazama futbolçuya dəstək ifadələrinə görə komandadan qovulmuşdu.

Bu mövsüm 28 yaşlı İles Şetti “Anje”nin heyətində 6 oyun keçirib. O, Əlcəzair millisində də 3 oyuna çıxıb.

Aut.az

Exit mobile version