AUT.AZ

Zarafat kralıdır, onu öldürmək istəyirmiş

“Arsenal”ın hücumçusu Qabriel Jesus ukraynalı Aleksandr Zinçenko ilə münasibətləri haqda danışıb.

Aut.az xəbər verir ki, Jesus ukraynalının zarafatcıl insan olduğunu bildirib.

“Əminəm ki, Aleks zarafatların kralıdır. O, hər zaman kiminləsə zarafat edir. Bir dəfə zarafatla dedi: “Mən dörd Premyer Liqa kuboku qazandım, sonuncunu da sənə verirəm”. O deyir ki, keçən mövsüm “Aston Villa” ilə oyuna çıxanda biz 0:2 hesabı ilə məğlub olurduq.

İnsafən, düz deyir, oyna çıxandan sonra vəziyyət dəyişdi. Hücum etdi, qol ötürməsi verdi. Mənə dedi ki, sənə kubok hədiyyə etdim, sayəmdə onlardan səndə dördü var. Mən də dedim ki, bax, tamam, razıyam, amma Premyer Liqanın dörd mövsümündə sən start heyətində cəmi 20 oyuna çıxıbsan. Bu sözlərdən sonra məni öldürmək istəyirdi”, –  Jesus deyib.

Qeyd edək ki, “Mançester Siti” ötən mövsüm “Aston Villa” üzərində əzmkar qələbədən (3:2) sonra çempion olub. 76-cı dəqiqəyə kimi “şəhərlilər” 0:2 hesabı ilə uduzurdu.

Zinchenko və Jesus 2022-ci ilin yayında “Arsenal”a keçiblər.

Aut.az

Exit mobile version