AUT.AZ

“Qalatasaray” uduzdu, İkardi tarixə düşdü

Mauro İkardi Türkiyənin “Qalatasaray” klubunun tarixinə düşüb.

30 yaşlı futbolçu komandasının NEF stadionunda vurduğu 600-cü qolun müəllifi olub.

O, buna Türkiyə kubokunun 1/4 finalında “Başakşəhər”ə qarşı keçirdikləri oyunda nail olub. İkardi bu görüşün 51-ci dəqiqəsində fərqlənməklə komandasının 2-ci qoluna imza atıb. Lakin yekunda 2:3 hesabıyla uduzan “Qalatasaray” kubokda mübarizəni dayandırıb.

“Qalatasaray” cari mövsümdə ilk dəfə bir oyunda qapısından 3 top buraxıb.

Aut.az

Exit mobile version