AUT.AZ

Özünə əmindir, onların da nə istədiyini bilir

Frenk Lempard “Çelsi”nin təklifini qəbul etməkdən məmnun olduğunu bildirib.

“Zadəganlar” Lempardı mövsümün sonuna qədər müvəqqəti baş məşqçi təyin ediblər. Lempard 2019-2021-ci illərdə “Çelsi”ni çalışdırıb.

“Bu, mənim klubumdur. Mən praktik insanam. “Çelsi”dən ayrıldığım gündən fərqli yol tutmuşam, amma klub məndən xahiş etdikdə, mövsümün sonuna qədər kömək edə biləcəyimə inanaraq qayıtdım və buna görə sevinirəm.

Özümə əminəm. Əvvəllər komandadakı bir çox oyunçu ilə işləmişəm, “Çelsi” azarkeşlərinin nə istədiyini başa düşürəm və onlara istədiklərini vermək üçün əlimdən gələni edəcəyəm”, – deyə Lempard bildirib.

Aut.az

Exit mobile version