AUT.AZ

Orada qalsaymış futbol sevgisini itirə bilərmiş

Dünya futbolu
						
							11:23
							04.10.2022
						
					
					Levandovski "Real Madrid"in onunla maraqlandığını açıqladı

Polşalı hücumçu Robert Levandovski hesab edir ki, keçən yay “Bavariya”dan “Barselona”ya keçməklə düzgün qərar verib.

“Bavariya”nı tərk etməyimin səbəbi Naqelsmann idi? Yox. O an sadəcə hiss etdim ki, Münhendə daha çox qalsam, futbol sevgisini itirə bilərəm. Təbii ki, onsuz da işimə davam edəcəkdim, amma sırf vəzifəmi yerinə yetirəcəyim üçün bundan həzz almayacaqdım.

Bu hissləri yaşamaq istəməzdim, nə klub, nə də mənim üçün yaxşı olardı. Mən həmişə başqa liqada oynamaq variantını nəzərdə tuturdum. Uzun müddət Almaniyada qaldım və yeni dil öyrənmək və özümü inkişaf etdirməyə maraqlı idim”, – Levandovski deyib.

Aut.az

Exit mobile version