AUT.AZ

Narazılığını bildirdi, Nasser Əl-Xelaifi ona zəng etdi – VİDEO

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi azarkeşləri gələn mövsüm üçün mövsümi biletləri almağa çağıran promo video ilə bağlı yaranmış vəziyyətdən narazı qalıb.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Videonun mərkəzi fiquruna çevrilən Kilian Mbappe video yayımlanandan sonra klubu tənqid edib. Daha sonra video klubun” YouTube” kanalında gizlədilib, lakin bir neçə saatdan sonra heç bir dəyişiklik olmadan əlçatan olub.

Mənbənin sözlərinə görə, Əl-Xelaifi klubda gərgin vəziyyətlərin yaranmasını istəmir. Xüsusən də bu, Mbappe ilə bağlı olduqda.  Prezident artıq Kiliana zəng edərək vəziyyəti müzakirə edib.

Mbappe videodan narazılığını belə ifadə etmişdi:

“Mən indicə 2023/2024 mövsümündə klub abunəliyinin yenilənməsi üçün təqdimat videosuna baxdım. Həmsöhbətlə danışığımın məqsədi barədə mənə heç kim məlumat verməmişdi. Bunu tipik bir klub müsahibəsi bilirdim. Bu videonun yayımlanması ilə razı deyiləm. Ona görə də fərdi imicimlə bağlı hüquqlar uğrunda mübarizə aparıram. PSJ böyük klub və böyük ailədir, lakin bu “Kilyan Saint-Germain” deyil. Sevgilərlə, Kilian Mbappe”, – Mbappe sosial şəbəkədə yazıb.

Eyni zamanda onu da qeyd edək ki, klub Mbappenin video ilə bağlı iradlarına rəsmi münasibət bildirməyib.

 

Aut.az

Exit mobile version