AUT.AZ

Nalayiq davranışın bədəli – 74 min

İngiltərə Futbol Assosiasiyası (FA) “Mançester Yunayted”i  böyük məbləğdə cərimə edib.

Aut.az xəbər verir ki, buna səbəb İngiltərə kuboku çərçivəsində “Fulhem”lə matçda komandanın futbolçularının nalayiq davranışıdır.

İngiltərə Kubokunun 1/4 final mərhələsinin “Fulhem”lə oyununda “Mançester Yunayted”in futbolçuları matçın baş hakimi Kris Kavanaqdan rəqibin qapısına penalti təyin etməyi tələb ediblər. Bu epizoddan sonra “Fulhem”in iki futbolçusu və London klubunun baş məşqçisi Marko Silva qırmızı vərəqə alıb.

“İngiltərə Kubokunda “Fulhem”ə qarşı oyunun 71-ci dəqiqəsində “Mançester Yunayted”in  futbolçuları matçın hakimini mühasirəyə aldıqları üçün klub 74 min avro cərimələnib. Klub futbolçuların düzgün davranışını təmin edə bilmədiyini də etiraf edib. Cərimə dinləmələrdən sonra müstəqil tənzimləyici panel tərəfindən təyin edilib”, – FA-nın mətbuat xidmətinin bəyanatında deyilir.

Aut.az

Exit mobile version