AUT.AZ

Messi vaxt tapan kimi bu şəhərə qaçır

PSJ-nin sabiq futbolçusu Jerom Roten Lionel Messinin Paris klubuna münasibəti ilə bağlı fikirlərini bölüşüb.

“Leo Messi futbolu təmsil edir, onda mənim sevdiyim hər şey var. O, tarixdə iz qoyub, bəlkə də bütün nəsillərin ən yaxşısıdır. Lakin onun PSJ-di iki mövsümdə verdiyi töhfədən son dərəcə məyus olduq.

Mən hətta onun oyunundan danışmıram, sadəcə olaraq Parisdə yaşamaqdan xoşbəxt olduğunu göstərə biləcəyi bir müsahibə də yoxdur. Əksinə, biz həmişə mənfi sözlər eşitmişik.

Bir neçə gün istirahət əldə edən kimi Barselonaya yollanır. O, Parisə, PSJ-nin nə olduğuna heç vaxt öyrəşməyib. Bu, əlbəttə ki, gənc klubdur, amma tarixi və hörməti var. Özünüzü Paris oyunçusu kimi tanıtmalısınız. O isə heç vaxt bunu etməyib, buna görə də onu günahlandırıram”, – deyə “RMC Sport” Rotendən sitat gətirib.

Aut.az

 

Exit mobile version