AUT.AZ

“Liverpul”lulara qarşı iş açıldı: Rəsmi şəxsi mühasirəyə alaraq…

İngiltərə Futbol Assosiasiyası (FA) İngiltərə Premyer Liqasının 29-cu turunun “Mançester Siti” ilə matçında Mersisayd klubunun futbolçularının nalayiq davranışlarına görə “Liverpul”a qarşı iş açıb.

Qarşılaşma aprelin 1-də baş tutub və “Mançester Siti”nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Birinci hissənin ortalarında “Liverpul”un futbolçuları görüşün baş hakimi Saymon Huperi dövrəyə alaraq “şəhərlilər”in futbolçusu Rodriyə ikinci sarı vərəqəni göstərməyi tələb ediblər.

 “Liverpul Futbol Klubuna qarşı ona görə ittiham irəli sürülüb ki, futbolçular rəsmi şəxsi mühasirəyə alaraq ona təzyiq göstəriblər. Klub oyun zamanı futbolçuların mütəşəkkil davranışını təmin etməyib. “Liverpul”un cavab vermək üçün aprelin 12-dək vaxtı var”, – deyə İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında deyilir.

Aut.az

Exit mobile version