AUT.AZ

Bu ölkədə hakimlər bəy balası kimi yaşayır

Avropanın “böyük beşlik” ölkələrində hakimlərin aylıq gəlirləri müəyyənləşib.

Aur.az  xəbər verir ki, ən çox qazanc əldə edən referilər İspaniya La Liqasında fəaliyyət göstərir. Onların aylıq gəlirləri 12 min 500 avrodur. Hakimlər hər oyun idarəçiliyinə 4200, VAR-dakı fəaliyyətə görə isə 2100 avro alırlar. İspaniyada bir hakimin illik qazancı təxminən 250 min avro təşkil edir.

Dünyanın ən gərgin çempionatı sayılan İngiltərə Premyer Liqasında çalışan hakimlər hər oyun üçün 3700 avro alırlar.  İngiltərədə bir hakim il ərzində təxminən 110 min avro qazanır.

İtaliya A seriyasında aylıq gəlir 3900-6500 arasında dəyişir. Bir qarşılaşmaya 3400, VAR-dakılar 1500 avro alırlar. İtalyan referilər ildə 140 minə yaxın pul qazanırlar.

Fransa Liqa 1-də bir matçın dəyəri 2900, VAR-a təyinat isə 900 avroya bərabərdir. Burada referilər  ildə 120 min avro alırlar.

Almaniya Bundesliqasında aylıq rəqəmlər 2500-6000 avro arasındadır. Bir oyundakı idarəçilik 3600 avro qazanc verir. VAR-a baxmaq hakimlərə 1100 avro qazandırır. Bundesliqa referiləri il ərzində təxminən 100 min avro əldə edirlər.

Aut.az

Exit mobile version