AUT.AZ

Elxan Məmmədovdan sonra daha bir korrupsioner UEFA-da – Ukraynadan etiraz

Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Yevgeni Levçenko Andrey Pavelkonun yenidən Avropa Futbol Assosiasiyaları İttifaqının İcraiyyə Komitəsinə seçilməsinə münasibət bildirib.

“Vay… İnana bilmirəm ki, UEFA Pavelkonun yenidən İcraiyyə Komitəsinə seçilməsinə icazə versin. O, mühakimə olunmayıb, lakin istintaq gedir.

Korrupsiya, çirkli pulların yuyulması və davam edən yalanlar. Bütün təşkilat üçün böyük biabırçılıq və rəzalətdir”, – Levçenko “Twitter”-də yazıb.

Xatırladaq ki, Pavelko Ukraynada istintaqa cəlb olunmasına baxmayaraq, yenidən İcraiyyə Komitəsinə üzv seçilib.

UEFA-nın korrupsionerlər yığnağı olduğu haqda birinci dəfə deyil ki, belə iddia səslənir. Azərbaycan futbolunu rəzil duruma salan Elxan Məmmədov da hazırda UEFA-da yüksək vəzifə tutur.

Aut.az

Exit mobile version