AUT.AZ

Daha bir qalmaqal: Paytaxt klubları da maxinasiya ediblər

Roma prokurorları “Roma”, “Latsio” və “Salernitana” klublarının mümkün maliyyə fırıldaqları ilə bağlı istintaqa başlayıb.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Komandalar 2017-ci ildən 2021-ci ilə qədər olan müddətdə futbolçuların transfer haqqını çox göstərməkdə şübhəli bilinir.

Bu, uydurma kapital qazanmalarına səbəb olub. Klubların ofislərində axtarış aparılıb, transferlərlə bağlı sənədlər götürülüb. Daha əvvəl belə qayda pozuntusuna görə Turin “Yuventus”undan 15 xal silinmişdi.

Qeyd edək ki, “Salernitana” 2020-ci ilə qədər “Latsio”nun prezidenti və sahibi Klaudio Lotitoya məxsus olub.

Aut.az

Exit mobile version