AUT.AZ

Rusiyaya bəd xəbər: GÖZLƏMƏYİN

UEFA prezidenti Aleksandr Çeferin yenidən təşkilatın prezidenti seçildikdən sonra bildirib ki, Rusiya indi böyük futbola qayıdışı gözləməməlidir.

Aut.az xəbər verir ki, Ceferin yaxın gələcəkdə Rusiya klublarının avrokuboklarda, millilərin isə rəsmi oyunlarda iştirak edə biləcəyinə şübhə ilə yanaşır.

“Mənim şəxsi fikrim: müharibə bitənə qədər sanksiyalarda nəyisə dəyişmək çox çətin olacaq. Nə qədər ki, müharibə davam edir, bu çılğınlıq davam edir, bu təzyiq forması davam etdirilməlidir”, – Çeferin bildirib.

Bundan əvvəl Rusiyanın DÇ-2026-ın seçimə mərhələsində  iştirak etmək üçün Asiya Futbol Konfederasiyasına keçməyə hazır olduğu bildirilirdi.

Aut.az

Exit mobile version