AUT.AZ

“Real” danışıqlara başlamır, o da əsəbiləşir

Luka Modriç “Real” müqaviləni yeniləmək istəməməsindən əsəbiləşib

Aut.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb. Bildirilir ki, yarımmüdafiəçi bir neçə aydır ki, 2023-cü ilin yayına kimi hesablanmış müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamaq üçün gözləyir.

O, ən azı daha bir il Madriddə qalmaq istəyir və bu məsələ ilə bağlı hələlik heç bir əlaqənin olmaması onu narahat edir və əsəbiləşdirir.

“Real” rəhbərliyi isə Modriçin yaşını və statusunu nəzərə alaraq götür-qoy edir. Klub 37 yaşlı futbolçunun DÇ-2022-dən sonra Xorvatiya millisindəki karyerasını bitirməməsindən narazıdır.

Aut.az

Exit mobile version