AUT.AZ

Rami “Borussiya”da

Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, “sarı-qaralar” Münhenqladbax “Borussiya”sının müdafiəçisi Rami Benzebayninin transferini həll edib. Bu barədə “Sky Spors” nəşri məlumat yayıb.

Yayda klubu ilə müqaviləsi başa çatan 27 yaşlı sol cinah müdafiəçisi dortmundlularla müqavilə imzalayıb. O, mövsüm bitdikdən sonra yeni klubuna qoşulacaq.

Qeyd edək ki, Rami Benzebayni “Borussiya”ya 2019-cu ilin yayında “Renn”dən transfer olunub. Əlcəzairli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 24 matçda 6 qol vurub.

Exit mobile version