AUT.AZ

Azərbaycan millisinin üzvü “Qarabağ”dan gedir – Klub axtarır

Mövsümün sonunda “Qarabağ”da bir sıra ayrılıqların olacacağı gözlənilir.

Aut.az-ın məlumatına görə, yarımmüdafiəçi İsmayıl İbrahimli Ağdam təmsilçisini tərk etmək istəyir. Buna səbəb 25 yaşlı futbolçunun az oynamasıdır. Bu səbəbdən milli komandamızın üzvü daha çox oynayacağı komandaya keçmək istəyir.

Ancaq o, “köhlən atlar”la yollarını birdəfəlik ayırmaq fikrində deyil. İsmayıl icarə əsasında oynayıb forma yığmağa razıdır. Bunun üçün klub axtarışındadır. Uyğun şərtlər olsa, bu barədə “Qarabağ” rəhbərliyinə və baş məşqçi Qurban Qurbanova məlumat verəcək.

Futbolçu bu mövsüm Ağdam təmsiçisinin heyətində bütün turnirlərdə 18 oyun keçirib. İsmayıl İbrahimlinin klubla müqaviləsinin müddəti isə 2026-cı ilin 30 iyuna qədərdir.

Exit mobile version