AUT.AZ

Məsləhət alırlar, onu məhkəməyə verəcəklər

“Barselona”nın keçmiş prezidentləri La Liqanın rəhbəri Xavyer Tebası məhkəməyə verə bilər

Fevral ayında La Liqanın prezidenti “Barselona”nın keçmiş direktoru, mərhum  Xosep Kontrerasın evindən tapılan əlyazma sənədi əsasında Kataloniya klubunun sabiq prezidentləri Xosep Mariya Bartomeu və Sandro Rosseli ittiham edən prokurora sübutlar göndərib.

Lakin sonradan bəlli olub ki, bu sənəd başqa bir işdən – İspaniya Kral Futbol Federasiyasının vəsaitlərdən sui-istifadə etməsindən bəhs edir. Tebas sənəddə görünən adları “Barselona”nın keçmiş prezidentləri və Xose Mariya Enrikes Neqreyraya ödəmələrlə  əlaqələndirib.

“La Vanguardia”nın məlumatına görə, Bartomeu və Rossel liqa liderini məhkəməyə vermək üçün vəkilləri ilə məsləhətləşiblər. Onlar hesab edirlər ki, Tebas yanlış təfsir edilmiş sənəddən istifadə edərək onları ittiham etməyə çalışıb.

İddia olunur ki, Rossel hələ ki, vəziyyətin inkişafını izləməyə üstünlük verir, Bartomeu isə sənədin prokurorluq tərəfindən sübut kimi qəbul edilmədiyi təqdirdə məhkəməyə müraciət etməyə hazırdır.

O da ehtimal olunur ki, Tebası əvvəlcə “Barselona” məhkəməyə verəcək və daha sonra sabiq prezidentlər də prosesə qoşulacaq.

 Aut.az

Exit mobile version