AUT.AZ

“Londona getdi” dedilər, səsi adadan gəldi

İspaniyalı məşqçi Luis Enrike “Çelsi” ilə danışıqları nə təsdiq, nə də təkzib edib.

“London? Məşhur hakanı (ispan rəqsi) ifa etsəniz, sizə cavab verəcəm. Bəli, mən Formentera yaxınlığındayam. Bu, ecazkar cənnət adasıdır”, – deyə Enrike hava limanında “Jijantes” onlayn nəşrinin jurnalistlərinə gülərək cavab verib.

Daha əvvəl müxtəlif KİV-lər, o cümlədən tanınmış italyan insayder Fabritsio Romano Luis Enrikenin “Çelsi” ilə danışıqlar aparmaq üçün çərşənbə günü, aprelin 5-də Londona getdiyini yazmışdı. Məlumata görə, ispanı səfərdə agenti İvan de la Penya və oğlu müşayiət edirmiş.

Aut.az

 

 

Exit mobile version