AUT.AZ

“El kalsiko”da “Messi, Messi” sədası

“Barselona” azarkeşləri “Real”la oyunda Lionel Messinin adını səsləndiriblər.

Komandalar İspaniya Kubokunun yarımfinalında cavab matçına çıxıblar.

Qarşılaşmanın 10-cu dəqiqəsində Kataloniya komandasının azarkeşləri “Messi! Messi!” qışqırmağa başlayıblar.

Lionel bütün karyerası ərzində “Barselona”da oynayıb və 2021-ci ildə PSJ-yə keçib. Onun Paris nəhəngi ilə müqaviləsi iyunda başa çatır. Leon un “Barsa”ya qayıdacağı bildirilir.

Aut.az

Exit mobile version