AUT.AZ

Dünyanın ən dəyərli 15 klubu

Futbolçuların transfer qiymətinə görə dünyanın ən dəyərli klublarının siyahısı açıqlanıb.

Aut.az xəbər verir ki, “Transfermarkt” nəşrinin açıqladığı siyahıda 15 klub yer alıb.

İngiltərənin “Mançester Siti” klubu 1.05 milyard avro ilə ilk pillədə qərarlaşıb. Bu ölkənin digər klubu “Çelsi” 1.02 milyard avro ilə ikinci, Almaniya “Bayern”i isə 979.70 milyon avro ilə üçüncüdür.

Siyahıda yer alan bütün klubların siyahısı belədir:

  1. Mançester Siti (İngiltərə) – 1.05 milyard avro
  2. Çelsi (İngiltərə) – 1.02 milyard avro
  3. Bayern (Almaniya) – 979.70 milyon avro
  4. Arsenal (İngiltərə) 890 milyon avro
  5. PSJ (Fransa) – 882.55 milyon avro
  6. Liverpul (İngiltərə) – 879 milyon avro
  7. Real (İspaniya) – 860.50 milyon avro
  8. Mançester Yunayted (İngiltərə) – 795.70 milyon avro
  9. Barselona (İspaniya) – 767 milyon avro
  10. Tottenhem (İngiltərə) – 680.30 milyon avro
  11. Napoli (İtaliya) – 629 milyon avro
  12. Borussiya (Dortmund, Almaniya) – 547.70 milyon avro
  13. Milan (İtaliya) – 547.25 milyon avro
  14. İnter (İtaliya) – 534.45 milyon avro
  15. Nyukasl (İngiltərə) – 493.30 milyon avro
Exit mobile version