Boks

Dünya çempionuna qarşı ittiham: Tez-tez içir

Məşqçi Xose Benavides boks üzrə dünya çempionu Saul Alvaresi sərxoşluqda ittiham edib.

Aut.az xəbər verir ki, o, bu barədə “FightHype.com YouTube” kanalına müsahibəsində danışıb:

“Saul 16 yaşından peşəkardır. Bu o deməkdir ki, onun bədəni sonsuz döyüşlər, zədələr və təlim-məşq toplanışları ilə köhnəlib. Əvvəllər çox intizamlı idi, idman zalında çox işləyirdi, amma indi getdikcə daha tez-tez içir”.

Benavides qeyd edib ki, Alvares əvvəllər heç vaxt sərxoş görünməyib. Lakin indi durum dəyişib. Məşqçi meksikalının boksa əvvəlki marağını itirdiyini bildirib.

Alvares son döyüşünü 2022-ci ilin sentyabrında qazaxıstanlı boksçu Gennadi Qolovkinə qarşı keçirib. Meksikalı hakimlərin yekdil qərarı ilə qalib gəldi və çempionluq kəmərlərini dörd versiyada qoruyub: Dünya Boks Assosiasiyası (WBA Super), Ümumdünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Dünya Boks Təşkilatı (WBO).

Aut.az