AUT.AZ

Dünya çempionatını boykot etdi

Böyük Britaniya Özbəkistanın paytaxtı Daşkənddə kişilər arasında keçiriləcək boks üzrə dünya çempionatını boykot edib.

Aut.az xəbər verir ki, buna Rusiya və Belarus idmançılarının mundiala buraxılması qərarı səbəb olub.

“Hər iki ölkənin təmsilçiləri yarışda öz milli bayraqları altında mübarizə aparacaqlar ki, bu da Beynəlxalq Olimpiya Komitəsinin mövqeyinə ziddir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, daha əvvəl ABŞ, Polşa, İsveçrə, Niderland, İrlandiya, Çexiya, İsveç, Kanada və Ukrayna dünya çempionatında iştirakdan imtina edib. Yarış mayın 1-dən 14-dək təşkil olunacaq

Exit mobile version