AUT.AZ

Bakıya gələn komandanın futbolçusundan unikal nəticə – FOTO  

Dünən – aprelin 4-də “Frayburq” Almaniya kubokunun 1/4 finalında “Bavariya”ya 2:1 hesabı ilə qalib gələrək Münxen nəhəngini turnirdən kənarlaşdırdı.

Aut.az xəbər verir ki, 90 dəqiqə meydanda olan “Frayburq”un müdafiəçisi Mattias Ginter unikal göstərici ilə yadda qalıb.

Belə ki, 1963-cü ildə Bundesliqanın əsası qoyulandan bəri ondan başqa heç kim üç fərqli komanda ilə “Bavariya”nı Almaniya kubokundan kənarlaşdıra bilməyib. O, əvvəllər bunu “Borussiya” (Dortmund) və “Borussiya” (Münxenqaldbax) komandaları ilə də bacarıb.

Qeyd edək ki, “Frayburq” Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer almışdı.

Aut.az

Exit mobile version