AUT.AZ

Azarkeşlər Mahirə görə baş məşqçini qınadılar

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının azarkeşləri baş məşqçi Ante Çaçiçi tənqid ediblər.

Aut.az xəbər verir ki, fanatlar hücum xəttindəki problemlərə görə 70 yaşlı mütəxəssisdən narazıdırlar. Onlar hesab edirlər ki, Mahir Emreli, Komnen Andriç və Sandro Kulenoviç kimi forvardların göndərilməsi yanlış qərar idi:

“Hazırda iki hücumçunuz var. Petkoviç klassik qolçu deyil, Drmiç isə tez-tez zədələnir. Baş məşqçi sonra da deyir ki, heyətimiz genişdir”.

Qeyd edək ki, Mahir Emreli qış fasiləsində “Konyaspor”a icarəyə verilib.

Exit mobile version