AUT.AZ

Avropa çempionatına ev sahibliyi edəcək ölkə məlum oldu

Qadın futbolçular arasında 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı bəlli olub.

Aut.az xəbər verir ki, qitə birinciliyi İsveçrədə keçiriləcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin Portuqaliyanın paytaxtı Lissabonda baş tutan iclasında qəbul edilib.

16 komandanın iştirak edəcəyi Avropa çempionatı 2025-ci ilin yayında İsveçrənin səkkiz məkanında təşkil olunacaq.

Exit mobile version