AUT.AZ

Yer olmayıb, 100 milyonluq futbolçu dəhlizdə soyunub

Qış transfer pəncərəsi zamanı “Çelsi”nin düşərgəsində yaşananların detalları bəlli olub.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, qış transferi zamanı “Çelsi” aldığı bütün futbolçuları yerləşdirmək üçün soyunub-geyinmə otağını təmir etməli olub, lakin buna baxmayaraq, bəzi oyunçular yer tapmayıb. Ona görə də paltarlarını dəhlizdə dəyişmək məcburiyyətində qalıblar.

Paltarını dəhlizdə dəyişmək məcburiyyətində qalanlar arasında qış transfer pəncərəsi üçün heyətə qoşulan yarımmüdafiəçi Mixail Mudrik və müdafiəçi Noni Madueke də olub.

Adətən məşq mərkəzinin əsas binasının zalında keçirilən komanda iclasları o qədər izdihamlı olub ki, bəzi futbolçular yerdə oturmalı olub.

Aut.az

 

Exit mobile version