AUT.AZ

Yeni baş məşqçi

Bruno Labbadianı istefaya göndərən “Ştutqart”ın yeni baş məşqçisi müəyyənləşib.

Aut.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Sebastyan Höness çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq “Hoffenhaym”a rəhbərlik etmiş 40 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, “Ştutqart” hazırda Bundesliqada 20 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Exit mobile version