AUT.AZ

Xokkeyçinin atası yoxa çıxıb

Rusiyalı xokkeyçi Matvey Miçkovun atası Andrey Miçkov Soçidə yoxa çıxıb.

Aut.az xəbər verir ki, bu barədə Telegram-da Krasnodar diyarının “Liza Alert” axtarış qrupu məlumat yayıb.

2023-cü il aprelin 2-dən 51 yaşlı kişinin harada olduğu bilinmir. Match TV-nin məlumatına görə, ata Miçkov aprelin 2-də saat 21:00-da oğlu ilə kirayədə qaldığı mənzildən çıxıb və gedərkən. “tezliklə qayıdacağam” deyib.

Müqavilə ilə SKA-ya məxsus olan 18 yaşlı Miçkov “Soçi”də icarə əsasında çıxış edir. Kontinental Xokkey Liqasının 2022/2023 mövsümündə hücumçu 27 oyun keçirib, 9 qol vurub və 11 məhsuldar ötürmə verib.

Aut.az

Exit mobile version