AUT.AZ

Xanı cəzalandırdılar

Boks üzrə sabiq dünya çempionu Əmir Xan qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün iki il müddətinə idmandan uzaqlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Antidopinq Agentliyinin (UKAD) rəsmi saytı məlumat yayıb.

2022-ci ilin fevralında britaniyalı Kell Bruka uduzduqdan sonra Xanın dopinq testində qadağan olunmuş ostarin maddəsi aşkar edilib. Proses zamanı boksçu komissiyanı bu maddənin qəbulunun qəsdən olmadığına inandıra bilib.

Bildirilir ki, iki illik diskvalifikasiya 2022-ci il aprelin 6-dan hesablanır.

36 yaşlı Xan 2004-cü ildə Afinada keçirilən Olimpiadanın gümüş mükafatçısıdır. Britaniyalı idmançı Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) versiyalarına görə çempionluq kəmərlərinə sahib idi. Peşəkar rinqdə Xan 34 qələbə qazanıb (21 nokautla), 6 dəfə məğlub olub. O, 2022-ci ilin mayında idmandan getdiyini açıqlayıb.

Aut.az

 

Exit mobile version