AUT.AZ

Türkiyə klubu üçüncü dəfə eyni baş məşqçiyə tapşırıldı

Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi bəlli olub.

Aut.az xəbər verir ki, Superliqa təmsilçisi Kemal Özdeşə tapşırılıb.

53 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Təcrübəli baş məşqçi bu vəzifədə Selçuk İnanı əvəzləyib.

Qeyd edək ki, Kemal Özdeş üçüncü dəfə “Kasımpaşa”nın sükanı arxasına keçib. O, daha əvvəl 2016/2018 mövsümündə və 2019-cu ildə İstanbul təmsilçisinə rəhbərlik edib.

Exit mobile version